Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-25,
Seanews
Heyder Eliyev

“VSG Dream” teploxodu Naxodka limanında saxlanılıb

Naxodka limanının səlahiyyətliləri Panama bayrağı altında üzən “VSG Dream” teploxodunu texniki vəziyyəti və dənizçilərin beynəlxalq əmək hüquqlarının pozulması ilə bağlı çoxsaylı iradlara görə saxlayıb.

Bu barədə “İnterfaks”a Rusiya Dənizçiləri Həmkarlar İttifaqının Uzaq Şərq regional təşkilatının sədri Nikolay Suxanov məlumat verib.

"Naxodka limanının nəzarət müfəttişi gəminin texniki vəziyyətini yoxladıqdan sonra xeyli sayda qanun pozuntusu aşkar edərək, bütün iradlar aradan qaldırılana qədər gəmini limanda saxlamaq qərarına gəldik. Biz də öz növbəmizdə liman müfəttişinə dənizçilərin beynəlxalq əmək hüquqlarının ciddi pozuntuları barədə məlumat verdik”,- deyə Nikolay Suxanov bildirib.

Dedveyti 7,8 min ton olan gəminin heyəti 10 vyetnamlı və 9 hind dənizçisindən ibarətdir. Gəmi Naxodka limanına düyü ilə yan alıb və boşaldıldıqdan sonra reydə çıxarılıb.

Xatırladaq ki, bir müddət əvvəl Panama bayraqlı “Haven Guarger” gəmisi də Naxodka limanında saxlanılmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır