Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-25,
Seanews
Heyder Eliyev

Konteyner gəmiləri üçün sifarişlər hazırkı dünya donanmasının 29,5%-ni təşkil edir

Bu il yazın ilk ayından etibarən yeni konteyner gəmilərinin tədarük sürəti xeyli artacaq. Ümumilikdə cari il tutumu 23 min TEU-dan çox olan 32 konteyner gəmisinin istismara verilməsi planlaşdırılır ki, onlardan da altısı mart ayına düşəcək.

Həmçinin bu il tutumu 12 000 - 16 000 TEU olan 67 “Neo-Panamax” konteyner gəmisinin çatdırılması gözlənilir ki, onlardan 11-i may ayında istismara veriləcək.

“Alphaliner” agentliyinə görə, Asiya gəmiqayırma müəssisələrinin müqavilə bağladığı konteyner gəmiləri üçün sifariş qovluğu 7,69 milyon TEU təşkil edir. Bu, “Maersk” və “CMA CGM”-nin birlikdə fəaliyyət göstərən donanmasından çoxdur. 2022-ci ilin iyul ayına qədər, ümumi dedveytə görə konteyner gəmiləri üçün sifarişlər ilk dəfə tankerlər və yükdaşıyıcılar üçün verilən sifarişlərdən daha çox olub.

Eyni zamanda, konteyner gəmiləri üçün sifarişlər hazırkı dünya donanmasının 29,5%-ni təşkil edir. Bununla belə, ekspertlər bu il sifarişlərin 25%-nin gecikmə ilə yerinə yetiriləcəyini, sifarişlərin təxminən 10%-nin isə ləğv ediləcəyini proqnozlaşdırırlar.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır