2013-cü ildə inşa edilmiş gəmi oxşar tankerlərin hazırkı bazar qiymətinə alınıb
“Hoegh LNG Holdings Ltd.” (“Hoegh LNG”) 2013-cü ildə inşa edilmiş mayeləşdirilmiş təbii qaz (LNG) daşıyıcısı “Golar Seal”-i almaq üçün “CoolCo” şirkəti ilə müqavilə bağlayıb.
“Seanews.az”-ın məlumatına görə, tutumu 160 min kubmetr olan gəmi oxşar tankerlərin hazırkı bazar qiymətinə alınıb.
Şirkət 2023-cü ilin martın sonu və ya aprelin əvvəlində əldə edəcəyi tankeri dəniz qaz nəqli bazarında taym-çarterdə istifadə edəcək.
Ümumilikdə şirkət mayeləşdirilmiş təbii qaz (FSRU) üçün dörd üzən saxlama, emal və idxal sistemlərindən, həmçinin dörd LNG tankerindən (LNGC) ibarət donanmaya malikdir. Bundan əlavə, “Hoegh LNG” daha iki yeni FSRU tankeri sifariş edib və üzən LNG istehsalı və boşaldılması (FLNG) layihəsini hazırlayıb.
“Hoegh LNG” mayeləşdirilmiş təbii qazın tədarükünü həyata keçirir, uzunmüddətli müqavilələr əsasında yenidən qazlaşdırma və nəqletmə xidmətləri göstərir. “Hoegh LNG”-nin baş ofisi Bermud adalarında yerləşir. Şirkətin Norveç (Oslo), Sinqapur, Böyük Britaniya (London), ABŞ (Tampa), Cənubi Koreya, İndoneziya (Cakarta), Litva, Misir, Kolumbiya və Türkiyədə ofisləri var.


