LNG bazarında rəqabət artacaq
Avropanın mayeləşdirilmiş təbii qaza artan tələbatı yeni tədarüklər üçün Asiya ilə rəqabəti artıracaq. Yaxın iki ildə böyük tədarük çatışmazlığı səbəbindən Avropa LNG-nin ən böyük alıcısına çevrilə bilər.
“Shell” LNG bazarının inkişafı ilə bağlı bu proqnozunu “SeaNews” ilə bölüşüb.
Böyük Britaniya da daxil olmaqla Avropa ölkələri 2022-ci ildə 121 milyon ton LNG idxal ediblər ki, bu da 2021-ci ilə nisbətən 60% çoxdur.
“Bu, Rusiya boru kəməri ilə qaz idxalının kəskin azalmasının qarşısını almağa kömək etdi. Avropada LNG-yə sürətlə artan tələbat dünya enerji bazarlarında rekord qiymətlərə və qeyri-sabitliyə səbəb olub”, - “Shell” izah edir.
Rusiya boru kəməri qazının Avropaya tədarükünün azalması ilə enerji təhlükəsizliyi üçün zəmin yaratmaq getdikcə daha vacib olur. Buna, digər məsələlərlə yanaşı, Avropanın şimal-qərbində yeni reqazifikasiya terminallarının sürətlə tikintisi kömək edir. Çin, əksinə, sürətlə böyüyən idxal bazarından daha çevik rola doğru inkişaf edir, eyni zamanda qlobal LNG bazarını tarazlaşdırmaq qabiliyyətini artırır.
Dünyadakı geosiyasi vəziyyət enerji təhlükəsizliyinə təsir göstərib və bazarda struktur dəyişikliklərinə səbəb olub ki, bu da uzunmüddətli perspektivdə qlobal LNG sənayesinə təsir göstərə bilər.
“Shell”-in enerji marketinqi üzrə icraçı vitse-prezidenti Stiv Hill qiymət artımlarının qarşısını almağa qadir etibarlı təchizatı təmin etmək üçün uzunmüddətli müqavilələr vasitəsilə daha strateji yanaşmanın zəruriliyini vurğulayıb.
2022-ci ildə Avropada LNG-yə tələbat alıcıları idxalı azaltmağa və başqa yanacaqlara keçməyə məcbur etdi ki, bu da emissiyaların artmasına səbəb oldu. Yüksək LNG qiymətləri Cənubi Asiyaya LNG tədarükünün azalmasına səbəb oldu: Pakistan və Banqladeş elektrik çatışmazlığını minimuma endirmək üçün daha çox mazut idxal etməyə başladılar, Hindistan isə kömür istehlakını artırdı.
2022-ci ildə dünyada LNG satışının ümumi həcmi 397 milyon ton olub. 2040-cı ilədək bu rəqəmin 700 milyon tona çatacağı ehtimal edilir.
“Seanews.az”


