Baltik dənizində təhlükəli yük daşıyan gəmidə yanğın baş verib
Ötən gecə Latviya Hərbi Dəniz Qüvvələrinin Sahil Mühafizə Xidmətinə “Escape” quru yük gəmisindən avtonom yanğınsöndürmə sisteminin öhdəsindən gələ bilmədiyi yanğın barədə məlumat daxil olub.
“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, “Escape” gəmisini xilasedici qayıqda tərk edən heyəti Riqa limanına çatdıracaq “Kairit” yük gəmisinə qaldırıblar.
Su çənləri və köpük generatorları ilə təchiz edilmiş “Stella” və “Orion” yedək gəmiləri kömək üçün hadisə yerinə göndərilib.
“Escape” Niderland bayrağı altında üzür və təhlükəli yük daşıyır. Latviya Hərbi Dəniz Qüvvələrinin yaydığı bəyanatda yükün xarakteri açıqlanmayıb.
“Escape” 2011-ci ildə inşa edilmişdir. 168 metr uzunluğunda konteyner gəmisi Klaypedadan Riqaya gedirmiş.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


