Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-25,
Seanews
Heyder Eliyev

ASCO-da nərd turniri keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və struktura daxil olan digər təşkilatların əməkdaşlarının iştirakı ilə nərd turniri keçirilib.

Hər birində 3 nəfər olmaqla 8 qrupdan ibarət turnirin 1-ci və 2-ci mərhələsindən sonra yarımfinala 4 nəfər vəsiqə qazana bilib.

Yarımfinalların nəticələrinə görə finalda Bibiheybət Gəmi Təmiri Zavodunun əməkdaşı Pərviz Qurbanov və ASCO Nəqliyyat MMC-ni təmsil edən Xəqani Hüseynov yarışın “ən güclüsü” adını qazanmaq üçün üz-üzə gəliblər.

Gərgin keçən oyun Pərviz Qubanovun qələbəsi ilə başa çatıb.

3-cü yer uğrunda keçən oyunun qalibi Dəniz Nəqliyyatı Donanmasının əməkdaşı Ziya Bəkirov olub.

Qaliblər hədiyyələrlə mükafatlandırılıblar.

Turnir ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin təşkilatçılığı ilə idman üzrə 2023-cü ilə dair illik iş planına əsasən baş tutub.

ASCO-da idman üzrə keçirilən yarışların əsas məqsədi əməkdaşlar arasında sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkilidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır