İstehsalat Xidmətləri İdarəsində maarifləndirmə tədbiri keçirilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) İstehsal Xidmətləri İdarəsində (İXİ) terror-təxribat hallarına qarşı mübarizədə sayıqlığın artırılması məqsədilə növbəti maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə ASCO-nun Məxfi rejim və hərbi səfərbərlik şöbəsinin rəisi Rəşad Hüseynov, Daxili İşlər Nazirliyi (DİN) Su Nəqliyyatında Polis idarəsinin əməkdaşları Araz Yusifli, Azər Səfərov və İXİ-nin rəhbərliyi iştirak edib.
Çıxışlarda terrorla mübarizənin ölkəmizdə xüsusi diqqət mərkəzində olan məsələlərdən biri olması qeyd edilib. Bildirilib ki, bu məsələdə hər bir vətəndaş ayıq-sayıq olmalı, hər bir idarə və təşkilatın rəhbəri terrora qarşı mübarizədə düzgün və sistemli təbliğat işləri aparmalıdır.
DİN Su Nəqliyyatında Polis İdarəsinin xidmət üzrə rəis müavini polis polkovniki Araz Yusifli tədbir iştirakçılarını maraqlandıran suallara cavab verib.





