Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-25,
Seanews
Heyder Eliyev

Xocalı faciəsi ADK-da anılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində fəaliyyət göstərən Azərbaycan Dənizçilik Kollecində (ADK) Xocalı faciəsinin 31 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tədbir iştirakçıları 20-ci əsrdə Azərbaycan xalqına qarşı törədilən qanlı faciələrdən biri olan bu qətliamın tarixindən danışıb. Qeyd olunub ki, bu hadisə nəinki Azərbaycan xalqına ümumilikdə bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Günahsız, əliyalın insanlara qarşı bu cür amansız qətliamı həyata keçirənlərin tezliklə ədalət məhkəməsi qarşısında dayanacaqlarına əminlik ifadə edildi.

Tədbirdə tələbələrin ifasında Xocalı faciəsinə həsr edilmiş şeirlər səsləndirildikdən sonra video da nümayiş etdirildi.

Tədbir iştirakçıları keçirilən anım tədbirlərinin Xocalı qətliamının gələcək nəsillərə eləcə də dünya ictimaiyyətinə çatdırılması işində böyük əhəmiyyəti olduğunu dedilər. Bu işdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən “Xocalıya ədalət” kampaniyasının da gördüyü işlər xüsusi ilə qeyd edildi. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır