Rotterdam limanı ildə 1 milyon tona qədər hidrogen tutumu olan ammonyak krakerinin yaradılması imkanını araşdırır
Rotterdam limanı administrasiyasının başçılıq etdiyi 18 şirkətdən ibarət qrup ildə 1 milyon ton hidrogen idxal edəcək irimiqyaslı ammonyak krakerinin yaradılmasının mümkünlüyü ilə bağlı araşdırmaya başlayıb.
“Seanews.az”-ın məlumatına görə, iştirakçılar “Fluor”-a idxal edilən ammonyakın yenidən hidrogenə çevrilməsi üçün liman ərazisində böyük mərkəzi krekinqqurğusunun yaradılması imkanlarını ciddi götür-qoy edirlər. Hidrogen daha sonra limanda istifadə oluna və ya boru kəmərləri vasitəsilə Şimali Qərbi Avropaya nəql edilə bilər. 1 milyon ton yaşıl hidrogen karbon qazı emissiyalarını təxminən 10 milyon ton azaltmağa imkan verəcək.
Qrupa Rotterdam limanından əlavə, “Air Liquide”, “Aramco”, “bp”, “Essent/E.ON”, “ExxonMobil”, “Gasunie”, “GES”, “HES International”, “Koole Terminals”, “Linde”, “OCI”, “RWE”, “Shell”, “Sasol”, “Uniper”, “Vopak” və “VTTI” şirkətləri daxildir. İlkin texniki-iqtisadi əsaslandırma texniki, iqtisadi, ekoloji və təhlükəsizlik tələblərini nəzərə alacaq. Araşdırmanın ilk nəticələri yaxın aylarda təqdim olunacaq.
Qeyd edık ki, Rotterdam Avropanın ən böyük limanlarından biridir. 120 terminalı olan limanın illik yük dövriyyəsi orta hesabla 450 milyon ton təşkil edir. Limanın səhmlərinin 70%-i şəhər bələdiyyəsinə, 30%-i dövlətə məxsusdur.


