Seriyanın bütün gəmiləri 2025-2026-cı illərdə təhvil verilməlidir
Belçikanın “CMB.TECH” və İsveçrənin dəniz mühərrikləri istehsalçısı “WinGD” arasında ammonyakla işləyən iki yanacaqlı mühərriklərin yaradılması haqqında müqavilə imzalanıb.
“Seanews.az”-ın məlumatına görə, tərəfdaşlar iki yanacaqlı “X72DF” mühərrikləri on “Newcastlemax” yük daşıyıcısında quraşdırmaq niyyətindədirlər (dwt təqribən 185 min ton, Avstraliyadakı Nyukasl limanının qəbul etdiyi ən böyük gəmi).
Gəmilər keçən ilin sonunda “CMB.TECH” ilə əlaqəli “Bocimar” şirkəti üçün “Qingdao Beihai Shipbuilding” Gəmiqayırma zavoduna sifariş edilib. Seriyanın bütün gəmiləri 2025-2026-cı illərdə təhvil verilməlidir.
“Biz inanırıq ki, ammonyak dəniz gəmiləri üçün ən perspektivli karbon-neytral yanacaqdır. Biz yükdaşıyıcılarımıza, konteyner gəmilərimizə və kimyəvi tankerlərimizə ammonyakla işləyən iki yanacaqlı mühərriklər quraşdırmaq niyyətindəyik”, - deyə “CMB.TECH”-nin baş direktoru Aleksandr Saveris bildirib.


