Üç yeni patrul gəmisi balıq ovuna nəzarəti gücləndirəcək
Avropa Balıqçılıq Nəzarəti Agentliyi (EFCA) balıqçılıq yoxlamalarının səmərəliliyini artıracaq üç yeni patrul gəmisini təqdim edib.
“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, Portuqaliya bayrağı altında üzən patrul gəmiləri “Ocean Guardian”, “Ocean Protector” və “Ocean Sentinel” adlanır.
Avropanın ətraf mühit, okeanlar və balıqçılıq üzrə komissarı Viriniyus Sinkyaviçyusun qeyd etdiyi kimi, bu gəmilər Avropa İttifaqının dəniz sularında balıqçılıq təftişlərinin effektivliyini artıracaq, həmçinin Aİ sularında və onun hüdudlarından kənarda balıqçılıq fəaliyyətlərinin monitorinqinə agentliyin töhfəsini gücləndirəcək.
Gəmilər Ümumi Balıqçılıq Siyasətinin tələb etdiyi kimi, balıqçılıq sahələrinə nəzarət və monitorinq üçün EFCA-nın əməliyyat potensialını gücləndirəcək. Onlar həmçinin digər Sahil Mühafizəsi funksiyalarını, o cümlədən dəniz nəzarəti və çirklənmə ilə mübarizəni dəstəkləyəcəklər.


