Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-25,
Seanews
Heyder Eliyev

Dəniz nəqliyyatının “Emissions Trading System”-nə daxil edilməsi ilə bağlı ilkin razılıq əldə olunub

Avropa qanunvericiləri dəniz nəqliyyatının Emissiyaların Ticarət Sisteminə (“Emissions Trading System”, “ETS”) daxil edilməsi ilə bağlı ilkin razılığa gəliblər.

“Splash24/7” nəşri xəbər verir ki, Aİ daxilində fəaliyyət göstərən ümumi tutumu 5000  ton və daha yuxarı bütün gəmilərdən emissiyalara görə tam ödəniş tələb olunacaq. Səfərin Aİ və Aİ-yə daxil olmayan ölkələrin limanları arasında həyata keçirildiyi halda, ödəniş məbləğin yarısı qədər gəmilərdən alınacaq.

Ödəniləcək emissiyaların faizi tədricən artacaq - 2024-cü ildə 40%-dən başlayaraq, 2025-ci ildə 70%-ə yüksələcək və 2026-cı ilə qədər 100%-ə çatacaq. “Splash24/7” aydınlaşdırır ki, bu parametrlər danışıqların növbəti raundu zamanı Aİ-yə üzv dövlətlərin nümayəndələri tərəfindən təsdiqlənməlidir.

Avropa Komissiyasının ilkin təklifləri ilə müqayisədə “ETS” Sisteminin əhatə dairəsi genişləndirilib - o, təkcə karbon qazı emissiyalarını deyil, həm də azot oksidləri və metanı, həmçinin ümumi tutumu 5 min tondan çox olan dəniz gəmilərini də əhatə edir.

Qeyd edək ki, istixana qazları emissiyası haqqının ödənilməsi üçün 20 milyon “ETS” çeki hazırkı tariflərlə 1,5 milyard avroya bərabərdir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır