“Soy” gəmisinin kapitanı və kapitanın baş köməkçisi həbsdən azad edilib
“Soy” gəmisinin kapitanı və kapitanın baş köməkçisi həbsdən azad edilib
Misirdə saxlanılan “Soy” gəmisinin kapitanı və kapitanın baş köməkçisi həbsdən azad edilib. Artıq dənizçilər Rusiyaya qayıda biləcəklər.
“Seanews.az” xəbər verir ki, 2022-ci il noyabrın 4-də “Soy” quru yük gəmisi İsgəndəriyyə limanında boşaldılan zaman 3 konteynerdə anesteziya üçün istifadə edilən tibbi preparat - 28 ton “Tramadol” aşkar edilmişdi.
Aralarında beş Rusiya və üç Bolqarıstan vətəndaşının da olduğu dənizçilər nəzarətə götürülmüşdü. Daha sonra qalan heyət üzvləri buraxılsa da, 60 yaşlı kapitanı və kapitanın baş köməkçisi həbsdə saxlanılmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


