İsgəndəriyyə-Novorossiysk marşrutu üzrə səfərlərin sayı artırılıb
Misirin “Kadmar Group” şirkəti kənd təsərrüfatı məhsullarının Damyettadan (Misir) Sankt-Peterburqa daşınması üçün müntəzəm dəniz marşrutu açacaq.
Bu barədə “Telegram”-da Rusiyanın Misirdəki Ticarət Nümayəndəliyi məlumat yayıb.
Bundan əlavə, şirkətin baş direktoru Medhat Əl-Qadinin dediyi kimi, “Kadmar Group” İsgəndəriyyədən Novorossiyskə mövcud marşrut üzrə səfərlərin sayını ayda 4-dən 6-ya çatdıracaq.
“Kadmar Group” xüsusilə kartof və sitrus meyvələrinin Misirdən Rusiyaya daşınması üzrə ixtisaslaşıb.
Qeyd edək ki, Misirdən Rusiyaya kartof ixracı 2022-ci ildə 25% artaraq 350 min tona çatıb.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


