Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-25,
Seanews
Heyder Eliyev

İlk dəfə gəmidən avtomobilə LNG vurulub

İngiltərənin “Avenir LNG” şirkəti Almaniyada mayeləşdirilmiş təbii qazın (LNG) gəmidən yük maşınına vurulması üzrə ilk əməliyyatı uğurla həyata keçirib.

“Seanews.az”-ın məlumatına görə, əməliyyat Mukran limanında baş tutub. LNG yükü “Avenir Ascension” gəmisindən birbaşa “Vitol” tərəfindən təmin edilmiş ağır yük maşınlarına vurulub, bundan sonra yük maşınları qazı “Vitol ViGo Bioenergy” şirkətinə məxsus və idarə olunan yanacaqdoldurma məntəqələrinə çatdırıb.

“Avenir LNG”-nin bəyanatında deyilir: "Mukran limanının istismarı genişmiqyaslı LNG-nin boşaldılması və terminal infrastrukturuna ehtiyac olmadan ucqar ərazilər üçün enerji təchizatı zəncirinin qurulmasını əyani nümayiş etdirməyi hədəfləyən pilot layihədir".

Layihənin həyata keçirilməsi üçün hazırlıqlara bir neçə həftə kifayət edib, FSRU və ya LNG terminalı kimi digər daha böyük infrastruktura isə daha uzun müddət lazımdır.

“Bu, bizə kiçik miqyaslı LNG təchizatı üçün qlobal infrastrukturumuzu inkişaf etdirməyə, həmçinin LNG tədarük zəncirlərini tez və çevik şəkildə yaratmağa imkan verəcək”, - deyə “Avenir LNG”-də bildiriblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır