Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-25,
Seanews
Heyder Eliyev

Xəzər Dəniz Neft Donanmasında maarifləndirmə tədbiri keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasında (XDND) terror-təxribat hallarına qarşı mübarizədə sayıqlığın artırılması məqsədilə növbəti maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Daxili İşlər Nazirliyi (DİN) Su Nəqliyyatında Polis idarəsinin rəis müavini Araz Yusifli, Xətt Polis Bölməsinin (Zığ limanı) rəisi Şəmsur Kərimov, ASCO-nun Məxfi rejim və hərbi səfərbərlik şöbəsinin rəisi Rəşad Hüseynov və XDND-nin rəhbərliyi iştirak edib.

Çıxışlarda terrorçuluqla mübarizənin ölkəmizdə xüsusi diqqət mərkəzində olan məsələlərdən biri olması qeyd edilib. Bildirilib ki, bu məsələdə hər bir vətəndaş ayıq-sayıq olmalı, hər bir idarə və təşkilatın rəhbəri terrorçuluğa qarşı mübarizədə düzgün və sistemli təbliğat işləri aparmalıdır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır