2026-cı ilə qədər LNC gəmilərinin sayı 1000-ə çatacaq
2026-cı ilə qədər dünyada LNG tankerlərinin sayı 1000-ə çatacaq.
“Riviera Maritime” portalının məlumatına görə, eyni zamanda, 2023-cü ildə donanmaya qoşulacaq belə 48 gəminin 28-nin tutumu 174-200 min kubmetr olacaq.
Ümumilikdə indiyədək sifariş verilmiş 308 gəmidən 285 qazdaşıyıcının tutumu 100 min kubmetr və ya daha çoxdur. Bu, Cənubi Koreya və Çindəki gəmiqayırma zavodlarına verilən bütün gəmiqayırma sifarişlərinin demək olar ki, 93%-ni təşkil edir.
2023-2026-cı illərdə LNG tankerlərinin parkı tutumu 100 min kubmetr və ya daha çox gəmilərlə 25%-dək artacaq.
2026-cı ilin sonuna qədər tikintisi başa çatdırılmamış yeni gəmilərin sayı 30-dən az olacaq.
2023-cü ilin birinci rübündə üçü yanacaq təchizatı gəmisi olmaqla 10 LNG tankerinin təhvil verilməsi gözlənilir. Ümumiyyətlə, LNG tankerlərinin hazırkı donanması nisbətən gəncdir, bu gəmilərin 69%-nin yaşı 10 və ya daha azdır.
“Seanews.az”

