Sınağa beş gəmi cəlb edilib
Sinqapur limanı müxtəlif mənbələrdən bioyanacaq qarışıqlarının tədarük zəncirinin sınaqlarını başa çatdırıb.
Bu barədə sınağı həyata keçirən Dəniz Dekarbonizasiyası üzrə Qlobal Mərkəz məlumat yayıb.
Sınaq zamanı istehsal sahəsindən gəmilərin yanacaqla təchiz olunduğu Sinqapur limanına kimi bioyanacağa nəzarət edilib. Laboratoriya sınaqları gəmidə yanacaq tükənənə qədər davam edib. Təcrübə 2022-ci il oktyabrın 31-dən 2023-cü il fevralın 15-dək beş gəminin iştirakı ilə baş tutub. Ümumilikdə 4700 tona yaxın ekoloji təmiz qarışıqdan istifadə olunub.
Sınaqlarda iki ekoloji təmiz qarışıqdan istifadə edilib.
Hər iki bioyanacaq qarışığında istifadə edilən UCOME 100% tullantı qalıqlarından və ya xammaldan istehsal olunur və ISCC sertifikatına malikdir.
Təcrübənin məqsədi bioyanacaq və bioyanacaq qarışıqlarının tədarük zəncirlərinin əvvəldən axıra kimi şəffaflığını və bütövlüyünü təmin etməkdir. Tədqiqat müəllifləri həmçinin bildirirlər ki, bu cür təcrübələrin köməyi ilə onlar bioyanacaqlara inamı artırmaq və onun daha geniş şəkildə mənimsənilməsi üçün maneələri azaltmaq istəyirlər. Sınaq zamanı müxtəlif izləmə üsullarından istifadə edilib ki, bu da son nəticədə kifayət qədər emissiya məlumatlarının toplanmasına imkan verib. Dəniz Dekarbonizasiyası üzrə Qlobal Mərkəz getdikcə daha çox yanacaq tədarükçüsü və istehlakçının iştirakı ilə təcrübəni davam etdirəcəyini vəd edir.
“Seanews.az”


