Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-25,
Seanews
Heyder Eliyev

Çindən gələn quru yük gəmisi Tatar boğazının sularında batıb

29 min ton alüminium oksidi daşıyan Çinin “Yong Xing 56” gəmisi ön hissə və anbarlara suyun daxil olması səbəbindən fevralın 23-də qəza siqnalı verib.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki,  Rusiyanın Dəniz Xilasetmə Xidmətinin "Otto Şmidt" gəmisi hadisə yerinə tələsib. Mütəxəssislər quru yük gəmisində 2x1,5 metr ölçüdə dəlik aşkar ediblər. Bundan sonra başqa bir xilasetmə gəmisi əlavə avadanlıqla qəza vəziyyətində olan quru yük gəmisinə köməyə gəlib. Bütün səylərə baxmayaraq “Otto Şmidt" gəmisi çərşənbə günü səhər “Yong Xing 56” gəmisi 42 mil cənubda, Vanino dəniz limanından cənub-qərbdə batıb.

Gəminin 21 nəfərlik heyət təxliyə edilib. Zərər çəkən yoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır