BGTZ-də Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodunda (BGTZ) 1 mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Zavodun Məxfi rejim və hərbi səfərbərlik şöbəsinin rəisi Zaur Zeynalov mülki müdafiənin məqsədi və əhəmiyyəti barədə məlumat verib. O bildirib ki, mülki müdafiə sahəsində vərdiş və biliklərin təbliğinə yönəlmiş tədbirlərin əsas məqsədi yarana biləcək fövqəladə hallarda əməkdaşların hazırlığını təmin etməkdir.
Mülki Müdafiə qərargahının rəisi İlqar Namazov çıxışında mülki müdafiə sisteminin təhlükəsizlikdə rolundan danışıb.
Tədbir çərçivəsində təbii fəlakətlərin, istehsalat qəzalarının və digər bədbəxt hadisələrin qarşısının alınması ilə bağlı iştirakçılara təlimat verilib.
Sonda manqa komandirləri və BGTZ-nin əməkdaşları mülki müdafiə sahəsində biliklərin artırılması, bu istiqamətdə nəzəri və praktiki təlimlərin əhəmiyyəti ətrafında fikir mübadiləsi aparıblar, eyni zamabda müəyyən qərarlar qəbul ediblər.




