Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-25,
Seanews
Heyder Eliyev

Sinqapurun iki ən böyük gəmiqayırma zavodu “Sembcorp” brendi altında fəaliyyət göstərəcək

Sinqapurun iki ən böyük gəmiqayırma zavodu - “Keppel Offshore & Marine” (“Keppel O&M”) və “Sembcorp Marine” birləşməni başa çatdırıb və vahid “Sembcorp” brendi altında fəaliyyət göstərəcək.

“Seanews.az”-ın məlumatına görə, birləşdirilmiş şirkətə “Keppel O&M”-dən Kris Ong rəhbərlik edəcək.

Birləşmiş gəmiqayırma nəhənginin ümumi sifariş portfeli 18 milyard Sinqapur dolları (13,4 milyard ABŞ dolları) dəyərindədir, sifarişlər 2026-cı ilə qədər planlaşdırılır.

Qeyd edək ki, “Keppel O&M” bir sıra qabaqcıl layihələr həyata keçirir. Belə ki, şirkətin birgə müəssisəsi Sinqapurda ilk LNG bunker gəmisinin sahibidir və bundan əvvəl “Keppel O&M”-nin Sinqapurda ilk LNG terminalını tikməyi planlaşdırdığı bildirilirdi. Şirkət avtonom idarəetmə ilə yedək gəmisinin sınaqdan keçirilməsində iştirak edib.

“Keppel Offshore & Marine” şirkəti dəniz platformalarının və ixtisaslaşmış gəmilərin layihələndirilməsi və tikintisi üzrə ixtisaslaşıb. “Keppel” xüsusən “Maersk” və “LUKoyl” üçün platformalar tikib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır