Yanvar ayında Türkiyə limanlarında 43,8 milyon ton yük aşırılıb
2023-cü ilin yanvarında Türkiyə limanlarının yük dövriyyəsi əvvəlki ilin eyni ayına nisbətən 5,4% azalaraq 43,8 milyon ton təşkil edib.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dənizçilik Baş İdarəsinin hesabatında belə deyilir.
2023-cü ilin yanvarında Əliağa (6,86 milyon ton), Koçəli (5,93 milyon ton), Ceyhan (5,63 milyon ton), İskəndərun (5,30 milyon ton) limanlarında daha çox yük işlənib. Türkiyənin 10 ən böyük limanında ümumilikdə 37,53 milyon ton yük aşırılıb.
Yanvarda Türkiyənin ixracatının əsas istiqamətləri İsrail (1,05 milyon ton), ABŞ (997 min ton), İtaliya (901 min ton) olub. Əsas idxalçılar isə Rusiya (7,1 milyon ton), ABŞ (1,5 milyon ton), Misir (1 milyon ton), Kolumbiya (841 min ton), Əlcəzairdir (768 min ton).
“Seanews.az”


