Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-25,
Seanews
Heyder Eliyev

Konteyner gəmiləri 2023-cü ilin yanvarında daha az gecikiblər

2023-cü ilin yanvar ayında konteyner daşıyıcılarının  cədvələ uyğunluq indeksi əvvəlki ayla müqayisədə 3,8 faiz azalıb. Bununla belə, ötən ilin göstəricisi ilə müqayisədə artım 22,2 faiz təşkil edib.

“Sea-Intelligence”-ə görə, əvvəlki aya nisbətən orta gecikmə 0,24 gün azalaraq 5,26 günə düşüb.

“Maersk” şirkəti bu ilin yanvar ayında 58,3% göstəricisi ilə cədvələ uyğunluq baxımından ən etibarlı olub. Daha dörd xətt cədvəl indeksinə 50%-dən yuxarı riayət edib – “MSC” (57,7%), “CMA CGM” (52,1%), “Hamburg Süd” (51,6%) və “Hapag-Lloyd” (50,8%).

Qalan 14 ən böyük xəttin cədvələ uyğunluq dərəcəsi 40%-dən yuxarıdır. “ZİM” 41% ilə ən aşağı uyğunluq dərəcəsinə sahib şirkət olub.

Ümumilikdə, bütün 14 ən böyük xətdə əvvəlki ayla müqayisədə cədvələ uyğunluqda azalma qeydə alınıb.

Keçən ilin yanvar ayı ilə müqayisədə “Hamburq Süd” istisna olmaqla, bütün xətlər ikirəqəmli yaxşılaşmaya nail olub.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır