Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-25,
Seanews
Heyder Eliyev

Cənubi Koreyada gəmiqayırma sahəsində çalışan əcnəbi işçilərin sayı artıb

Cənubi Koreya Ədliyyə Nazirliyi Cənubi Koreyada gəmiqayırma sahəsində çalışan vyetnamlı mütəxəssislərin sayının artdığını qeyd edib.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki,  2022-ci ilin yanvarından 2023-cü ilin yanvarınadək Cənubi Koreya xarici gəmi inşaatçılarına 1595 viza, o cümlədən Vyetnam gəmiqayıranlarına 880, Taylanddan olan mütəxəssislərə 233, Özbəkistandan olan işçilərə 200, İndoneziyadan olan işçilərə 82 və Hindistan vətəndaşlarına 56 viza verib.

Ədliyyə Departamenti bu yaxınlarda gəmiqayırma sənayesində işçi qüvvəsi çatışmazlığı ilə mübarizə çərçivəsində E-7 viza tələblərini yüngülləşdirib.

Cənubi Koreyanın üç böyük gəmiqayırma şirkəti (“Korea Shipbuilding & Offshore Engineering”, “Daewoo Shipbuilding & Marine Engineering” və “Samsung Heavy Industries”) 2023-cü ildə daha çox xarici işçi işə götürməyi planlaşdırır. Gəmiqayırmada ümumilikdə  10 000 işçiyə ehtiyac olduğu bildirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır