Nəhəng konteyner gəmilərinin ikitərəfli hərəkətini təmin etmək üçün Yantze kanalı genişləndiriləcək
Rotterdam limanında nəhəng konteyner gəmilərinin “Maasvlakte 2”-dəki terminallara ikitərəfli hərəkətini təmin etmək üçün Yantze kanalı genişləndiriləcək.
“Splash24/7”-nin verdiyi məlumata görə, işlər 2030-cu ilə qədər başa çatdırılmalıdır.
Hazırda iki kilometrlik kanalın eni 600 metrdir ki, bu da yalnız bir meqamaks sinifli konteyner gəmisinin keçməsinə imkan verir.
Nəşrin qeyd etdiyi kimi, əsrin əvvəlindən konteyner gəmilərinin ölçüsü dörd dəfə artıb və Asiya-Avropa marşrutunda hazırda 20 min TEU və daha çox tutumlu gəmilər istismar olunur. Bu, limanları infrastrukturun genişləndirilməsi üçün tədbirlər görməyə məcbur edir.
Xatırladaq ki, bundan əvvəl Hamburq limanı Elbada genişləndirmə və dərinləşdirilmə işlərı həyata keçirib.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


