“FESCO” Türkiyədə törəmə müəssisə açıb
“FESCO” regionda nəqliyyat və logistika xidmətlərini inkişaf etdirmək üçün Türkiyə Respublikasında törəmə müəssisə açıb.
“SeaNews”-ın məlumatına görə, qərargahı Mersində yerləşir.
“FESCO TURKEY” Türkiyədəki müştərilərə tam çeşiddə nəqliyyat və logistika xidmətləri göstərəcək. Yeni şirkətin işinin əsas istiqaməti Türkiyə və Mərkəzi Asiya ölkələrində enerji, neft-kimya və qaz kimyası sahəsində tikilməkdə olan müəssisələr üçün layihə yüklərinin çatdırılmasının təşkilinə yönəldiləcək.
Bundan əlavə, şirkət “FESCO”-nun mövcud xidmətləri və layihələrinə əməliyyat dəstəyi göstərəcək.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


