Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-27,
Seanews
Heyder Eliyev

ASCO və “V.Ships” şirkətinin nümayəndələri arasında növbəti görüş keçirilib

ASCO-da “V.Ships” şirkətinin nümayəndələri ilə iyunun 3-də növbəti görüş keçirilib.

Görüşdə tərəflər arasında mövcud strateji əməkdaşlıq çərçivəsində əməliyyatların rəqəmsallaşdırılması, eləcə də rəqəmsal həllərin tətbiqi üzrə təcrübə mübadiləsi istiqamətində müzakirələr aparılıb.

Görüş zamanı təcrübə mübadiləsi çərçivəsində “V.Ships”in gəmilərin idarə olunmasında tətbiq etdiyi elektron sistemin pilot layihə kimi ASCO-nun gəmisində sınaqdan keçirilməsi istiqamətində görülən işlərdən danışılıb. Bildirilib ki,  bu proqram təminatı gəmi əməliyyatlarının idarə edilməsi, gəmi təmirinin planlaşdırılması, satınalma, maliyyə və büdcə, KSƏTƏMM, eləcə də heyətin idarə olunması və sənəd dövriyyəsi kimi əməliyyatların aparılmasına xidmət edir.

ASCO-da rəqəmsallaşma istiqamətində görülən işlər barədə də qonaqlara məlumat verilib. Həmçinin digər istiqamətlər üzrə potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “V.Ships” dünyanın aparıcı beynəlxalq gəmi idarə edən şirkətidir. Hazırda 1500-dən çox gəmininin idarəçiliyini həyata keçirən  “V.Ships” ilə ASCO arasında strateji əməkdaşlıq çərçivəsində müxtəlif istiqamətlərdə təcrübə mübadiləsi proqramları icra olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır