Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-27,
Seanews
Heyder Eliyev

“AD Ports Group” ilə əməkdaşlıq imkanları müzakirə olunub

ASCO və “Abu-Dhabi Ports Group” (ADP) arasında iyunun 3-də növbəti görüş keçirilib.

Görüşdə tərəflər arasında Orta Dəhlizin inkişafına töhfə verilməsi məqsədilə Xəzərdə daha iri tutumlu bərə-gəmilərin tikintisi və istismara verilməsi layihəsi üzrə geniş fikir mübadiləsi aparılıb. Bu çərçivədə müvafiq sahil və dəniz infrastrukturlarında tələb olunan zəruri texniki işlər və investisiya həcmləri barədə danışılıb. Həmçinin 120 vaqon tutumlu bərənin layihəsinin müzakirəsi zamanı onun texniki imkanları qiymətləndirilib və mövcud sahil infrastrukturu nəzərə alınmaqla, hazırda belə bərələrin Xəzərdə istismarı mümkün olmadığından, bunun üçün bütün dəhliz boyu tələb olunan kompleks işlər, o cümlədən layihə-konstruktor və müvafiq texniki dəyişikliklər üzərində fikir mübadiləsi aparılıb.

Eyni zamanda, tərəflər dəniz nəqliyyatı sahəsində digər istiqamətlərdə əməkdaşlıq imkanlarını, xüsusilə Orta Dəhliz üzərində nəqliyyat-logistika sahəsində tərəfdaşlığın perspektivlərini müzakirə ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır