Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-28,
Seanews
Heyder Eliyev

Hindistan yeni dövlət gəmiçilik şirkəti yaradacaq

Hindistan öz donanmasını genişləndirmək və xarici gəmilərin icarəyə götürülməsi xərclərini azaltmaq niyyətindədir.

Bu barədə “Reuters” ölkənin hökumət idarələrindəki mənbələrə istinadən məlumat yayıb.

"Hindistan yaxın on il ərzində donanmasını ən azı 1000 gəmi qədər genişləndirmək üçün yeni gəmiçilik şirkəti yaratmağı planlaşdırır", -  deyə agentlik bildirir.

Yeni gəmiçilik şirkəti dövlətə məxsus neft, qaz və gübrə şirkətləri, Hindistanın dövlət gəmiçilik korporasiyası və onun biznesini dəstəkləyəcək bəzi xarici şirkətlərə birgə sahib olacaq.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır