Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-30,
Seanews
Heyder Eliyev

Dənizçilər üçün inşa olunan yaşayış kompleksində yanğın-taktiki təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Xətai rayonunda dənizçilər üçün inşa olunan yaşayış kompleksində yanğın-taktiki təlim keçirib.

Xətai rayonu Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşlarının iştirakı ilə baş tutan təlimi ASCO və “Dənizçi” Mənzil-Tikinti Kooperativinin nümayəndələri də yaxından izləyiblər.

Təlimin keçirilməsində əsas məqsəd yanğın zamanı əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlim çərçivəsində kompleksin ərazisinə baxış keçirilib, FHN əməkdaşları binanın giriş və təxliyə yollarının vəziyyəti ilə tanış olublar. Bununla yanaşı, yaşayış kompleksinin su təchizatı, yanğın su hovuzu və kranları, şlanqlar və digər yanğından mühafizə vasitələri yoxlanılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır