Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-02,
Seanews
Heyder Eliyev

Rusiya Xəzər flotiliyasının gəmiləri Bakıya dostluq səfərinə gəliblər

İyunun 27-də Rusiyanın Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Volqodonsk” kiçik artilleriya və “Anatoli Qujvin” hidroqrafiya hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəliblər.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, gəmi heyətləri Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndələri tərəfindən qarşılanıb.

Gəmi heyətləri üçün səfər çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərində gəzinti təşkil ediləcək, həmçinin hərbi dənizçilərin idman yarışı üzrə yoldaşlıq görüşü keçiriləcək.

Qeyri-rəsmi dostluq səfəri iyunun 30-dək davam edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır