Barselonaya gəmi ilə gəlib 12 saatdan artıq qalanlar vergi ödəməli olacaq
İspaniyanın Barselona şəhərinə gəmi ilə gəlib 12 saatdan artıq qalan turistlərdən əlavə vergi alınacaq.
Bunu şəhərin meri Jaume Kolboni “El Pais” qəzetinə müsahibəsində deyib.
Merin sözlərinə görə, hazırda şəhərin limanlarında dayanan gəmilərlə səyahət edən turistlərdən hər gün 7 avro vergi alınır.
Mer verginin nə qədər artırılacağını açıqlamayıb.
O qeyd edib ki, gəmi ilə səyahət edən və ən azı 12 saat şəhərdə qalan turistlər şəhərə heç bir fayda vermədən ictimai yerlərdən aktiv istifadə edirlər.
Kolboninin sözlərinə görə, bu təklif Kataloniyanın regional hökuməti ilə razılaşdırılmalıdır.
Son həftələrdə turizm əleyhdarı fəallar İspaniyanın Palma de Mallorka, Malaqa və Kanar adaları kimi məşhur kurort şəhərlərində etiraz aksiyaları keçirərək bildiriblər ki, ziyarətçilərə görə mənzil qiymətləri bahalaşır və şəhər sakinlərini şəhərin mərkəzində yaşaya bilmirlər.
Ötən ay Kolboni Barselonada 2028-ci ilə qədər turistlərə mənzil kirayə verilməsini qadağan edəcəyini açıqlamışdı. O bildirmişdi ki, bu qərar mənzil qiymətlərinin artmasının qarşısını almaq və keyfiyyəti artıqmaq məqsədi daşıyır.


