Sinqapur yaxınlığında iki neft tankeri toqquşub
Seanews.az xəbər verir ki, Sinqapur yaxınlığında Hafnia Nile və Ceres I tankerlərinin toqquşması nəticəsində yanğın olub.
Dənizdə olan tankerlərə kömək məqsədilə yedək gəmisinin hadisə yerində gəldiyi bildirilir. Digər xüsusi yedək gəmiləri isə yanğını söndürmək üçün həmin əraziyə yollanıb. Hadisənin baş vermə səbəbi barədə məlumat yoxdur.
Hər iki gəminin heyət üzvləri gəmidən təhlükəsiz şəkildə təxliyyə olunublar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır



