Gəmi heyəti mükafatlandırılacaq
“Marlin Luanda” neft tankeri və “Pemex Maya” yedək gəmisinin kapitan və heyət üzvləri Beynəlxalq Dəniz Təşkilatının (İMO) “Cəsurluğa görə” mükafatını alacaqlar.
İMO-nun bu mükafatı “Marlin Luanda” neft tankerində çalışan dənizçilərə gəmiyə düşən raket nəticəsində baş verən yanğının qarşısını aldığına görə veriləcək.
“Pemex Maya” yedək gəmisinin heyəti isə dənizdə qasırğa zamanı qəzaya düşən 4 gəmidən 6 nəfərin xilas olunmasına görə İMO-nun mükafatına layıq görülüb.
Qeyd edək ki, mükafata İMO-nun 15 üzv ölkəsindən 41 namizəd təklif edilmişdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


