Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-08,
Seanews
Heyder Eliyev

BMT Yəməndəki son hadisələr fonunda gəmiçiliyə təhdidin artdığını açıqlayıb

Yəmən və Qırmızı dənizdə baş verən son hadisələr beynəlxalq gəmiçilik üçün artan təhlükənin olduğunu göstərir və eskalasiya ilə doludur.

Bunu BMT Baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq BMT Təhlükəsizlik Şurasının Yəməndəki vəziyyətlə bağlı iclasında deyib.

“Kommersiya gəmiləri batır və zədələnir, mülki insanlar ölür, “Galaxy Leader” gəmisinin ekipajı hələ də qanunsuz həbsdədir, beynəlxalq ticarət pozulur. Eyni zamanda ABŞ və Böyük Britaniya Yəmən husilərinin nəzarəti altında olan ərazilərdə hərbi hədəflərə zərbələr endirməkdə davam edir. Hər hansı bir deeskalasiya əlamətinin olmaması narahatedicidir. Son hadisələr bütün regiona yayılan dağıdıcı eskalasiyanın əsl təhlükəsini nümayiş etdirir”, – xüsusi nümayəndə bildirib.

 

Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır