Atlantik okeanının cənubunda balıqçı gəmisi batıb
Folklend adaları yaxınlığında balıqçı gəmisinin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub, 14 nəfər xilas edilib.
The Guardian nəşrinin verdiyi məlumata görə ümumilikdə 27 heyət üzvü arasında ruslar da var.
7 nəfərin itkin düşdüyü ərazidə hal-hazırda qəza-xilasetmə briqadalarının gəmiləri axtarış işlərini həyata keçirirlər.
Xilas olan 14 nəfər qayıqla təxliyyə olunublar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


