Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-03,
Seanews
Heyder Eliyev

Avtomobil daşıyan gəmiyə hörümçəklər hücum edib

Belçikanın Zebryuqqe limanına yan alan «Glovis Sun» avtomobil daşıyan gəmisi adi hörümçəklə yanaşı  “canavar” hörümçəklərlə dolu olub. 

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Gəmi Afrikadan 2 min yeni avtomobil, o cümlədən Tesla elektik avtomobili gətirib.

Gəmiyə baxış keçirən zaman məlum olub ki,  əksər  avtomobili   çoxlu sayda torlarını qurmuş hörümçək  “işğal" edib.  Bu səbəbdən limana həşəratlara qarşı mübarizədə ixtisaslaşmış xüsusi xidmətin mütəxəssisləri dəvət olunub.

İki günlük dezinfeksiya işlərindən sonra avtomobillərdən bəzisi  gəmidən çıxarılıb. Sonra gəmi səfərinə davam edib. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır