Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-03,
Seanews
Heyder Eliyev

“NYK” şirkəti quru yük gəmisini külək elektrik stansiyası ilə təchiz edir

Yaponiyanın “NYK” şirkəti “Cargill” tərəfindən icarəyə götürülmüş balkeri külək elektrik stansiyası ilə təchiz edir.

“Seanews.az”-ın məlumatına görə, bu tip texnologiya ilk dəfə “NYK Group” gəmisində sınaqdan keçiriləcək.

Layihəni “NYK”-nın törəmə şirkəti “NBAtlantic” idarə edəcək. “VentoFoil” güc qurğuları “Econowind BV” şirkəti tərəfindən istehsal olunur. Bunun gəmi üzən zaman istixana qazı emissiyalarını azaltmağa kömək edəcəyi gözlənilir.

“VentoFoil”-in yelkən rolunu oynayan 16 metrlik şaquli qanadı var. Təyyarənin qanadı kimi hər iki tərəfdəki təzyiq fərqinə görə hərəkət yaradır.

Bu təşəbbüs “NYK Group”-un okean əməliyyatları üçün 2050-ci ilə qədər istixana qazı emissiyalarını sıfra endirmək kimi “NYK”-nın uzunmüddətli hədəfinin bir hissəsidir.

Baş ofisi Tokioda yerləşən “Nippon Yusen Kabushiki Kaisha” (“NYK Line”) Şirkətlər Qrupu beynəlxalq logistika, gəmiçilik, kruiz, terminal əməliyyatları, daşınmaz əmlakın idarə edilməsi və digər əməliyyatlar üzrə ixtisaslaşmışdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır