Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-03,
Seanews
Heyder Eliyev

“Şah İsmayıl Xətai” tankeri tərsanə təmirindən sonra yenidən istismara qayıdıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz  Nəqliyyatı  Donanmasına məxsus “Şah İsmayıl Xətai” tankeri tərsanə  təmirindən sonra istismara qaytarılıb.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Həmçinin avar vallarının, pərlərin, baş göyərtədə buxar borusu, köməkçi  qazanların  klapanları, baş  və  köməkçi  mühərriklərdə  yağ  və  hava soyuducuları,   sükan və köməkçi qurğuları, kinqston qutuları, lövbər zəncirləri, nasosları təmir olunub. Bundan başqa, gəmidə lazımi gövdə-qaynaq işləri aparılıb, onun idarəetmə sistemləri sazlanıb.

İstismara qayıdan tankerin ilk səfəri Türkmənistanın Kianlı limanı olub. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır