“Arqos Georgia” gəmisinin itkin düşmüş heyət üzvlərinin axtarışları davam edir
Folklend adaları yaxınlığında batan “Arqos Georgia” gəmisinin itkin düşmüş heyət üzvlərinin axtarışları davam edir.
Bu barədə “RİA Novosti”-yə “Ervik Havfiske” şirkətinin icraçı direktoru Stiq Ervik bildirib.
"İki gəmidə axtarış aparılır, lakin heç bir xəbər yoxdur", - deyə agentliyin müsahibi söyləyib.
Bundan əvvəl Folklend adaları yaxınlığında batmış “Arqos Corciya” gəmisində itkin düşən 4 nəfərin axtarışı əlverişsiz hava şəraiti səbəbindən dayandırılmışdı.
Xatırladaq ki, “Arqos Georgia” balıqçı gəmisi iyulun 22-i bazar ertəsi axşam Atlantika okeanının cənubunda Folklend adaları yaxınlığında batıb. Gəmi Norveçin “Ervik Havfiske” şirkətinə məxsus olub və Müqəddəs Yelena adaları bayrağı altında üzüb.
Gəmidəki 27 nəfərdən ibarət heyətin onu ispan, səkkizi rus, ikisi uruqvay, ikisi peru və beşi indoneziyalı olub.
“Seanews.az”


