Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-17,
Seanews
Heyder Eliyev

Rusiya Dənizin Tədqiqi üzrə Beynəlxalq Şuradan çıxmağa hazırlaşır

2024-cü il avqustun 1-də Rusiya Federasiyası Hökuməti Dövlət Dumasına Dənizin Tədqiqi üzrə Beynəlxalq Şura (ICES) haqqında Konvensiyanın denonsasiyası barədə qanun layihəsi təqdim edib.

“Seanews.az” xəbər verir ki, sənəd qanunvericilik dəstəyi sistemində yerləşdirilib.

İzahatda bildirilir ki, təşkilatın məqsədi dəniz canlıları ehtiyatları ilə bağlı tövsiyələr hazırlamaqdan ötrü elmi tədqiqatları təşviq etməkdir və konvensiyanın müddəaları hər hansı bir tərəfin təşkilatın işində iştirakdan kənarlaşdırılması imkanını nəzərdə tutmur. Bununla belə, 30 mart 2022-ci ildə Şura Rusiya Federasiyasının şuranın fəaliyyətində iştirakını dayandırmaq qərarına gəlib və “Rusiya tərəfinin dəfələrlə müraciətlərinə baxmayaraq, qanunsuz qərar hələ də ləğv edilməyib”.

Konvensiyanı denonsasiya etmək üçün hər hansı razılaşan tərəf Danimarka hökumətinə yazılı bildiriş verməlidir. Bildiriş alındığı tarixdən 12 ay sonra qüvvəyə minir.

Dənizin Tədqiqi üzrə Beynəlxalq Şura 1902-ci ildə Kopenhagendə yaradılıb. Konvensiya 1964-cü il sentyabrın 12-də imzalanmış və 22 iyul 1968-ci ildə qüvvəyə minmişdir. Şuranın 20 üzvü var.  Bu ölkələr Belçika, Kanada, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, İslandiya, İrlandiya, Latviya, Litva, Niderland, Norveç, Polşa, Portuqaliya, Rusiya Federasiyası, İspaniya, İsveç, Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarıdır.

Dənizin Tədqiqi üzrə Beynəlxalq Şura su bioloji ehtiyatlarının davamlı istifadəsini və mühafizəsini təmin etmək üçün onların istismarı ilə bağlı hər il elmi məsləhətlər verən beynəlxalq elmi qurumdur. Şuranın fəaliyyət sahəsinə Atlantik okeanı və ona bitişik dənizlər daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır