2025-ci ilin yanvar-mart aylarında Türkiyə ixracının əsas istiqamətləri İtaliya, ABŞ, İspaniya, Rumıniya və Yunanıstan olub
2025-ci ilin yanvar-mart aylarında Türkiyə limanlarının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1% artaraq 135,9 milyon ton təşkil edib.
“Seanews.az” “portnews.ru”-ya istinadən xəbər verir ki, ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dənizçilik Baş İdarəsinin hesabatında belə deyilir.
Eyni zamanda, mart ayının yekunlarına görə, Türkiyə limanlarının yük dövriyyəsi 0,6% artaraq 47,67 milyon tona çatıb. İlin üçüncü ayında Əliağa (7,22 milyon ton), Kocaeli (7,04 milyon ton), İskəndərun (6,67 milyon ton), Tekirdağ (4,71 milyon ton),
Ceyhan (4,66 milyon ton), Mersin (3,91 milyon ton) və Ambarlı (2,79 milyon ton) limanlarında daha çox yük aşırılıb.
Türkiyənin on ən böyük limanında ümumilikdə 40,1 milyon ton yük işlənib ki, bu da ümumi həcmin 84,3%-ni təşkil edir.
Türkiyə ixracının əsas istiqamətləri İtaliya (1,68 milyon ton), ABŞ (1,02 milyon ton), İspaniya (774,4 min ton), Rumıniya (771,8 min ton) və Yunanıstan (764,6 min ton) olub.
İdxalda Rusiya əsas təchizatçı olaraq qalır və mart ayında Türkiyəyə ümumilikdə 8 milyon ton yük ixrac edib.
Türkiyəyə tədarükdə sonrakı yerlərdə ABŞ (2,1 milyon ton), Çin (1,22 milyon ton), Misir (972 min ton) və Braziliya (765 min ton) gəlir.
2025-ci ilin mart ayında Türkiyə limanlarında aşırılan konteynerlərin sayı 0,02% artaraq 1,1 milyon TEU olub. 2025-ci ilin birinci rübündə isə konteyner aşırmalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 0,04% azalaraq 3,35 milyon TEU təşkil edib.
“Seanews.az”