Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-25,
Seanews
Heyder Eliyev

Yeni kruiz bərəsi göyərtəsinə 355 sərnişinlə yanaşı, 250-dən çox konteyner qəbul edə biləcək

Cənubi Koreyanın “Dae Sun Shipbuilding” tərsanəsində (Busan) gəmiçilik və logistika şirkəti “Panstar Group” üçün inşa edilən yeni kruiz bərəsinə adqoyma mərasimi keçirilib.

“Seanews.az” “portnews.ru”-ya istinadən xəbər verir ki, dəbdəbəli gəmi “Panstar Miracle” adlandırılıb.

Bərənin ümumi tutumu 22 min ton, uzunluğu 171 metr və eni 25,4 metrdir. O, 102 kayutda 355 sərnişini, həmçinin 250-dən çox iyirmi futluq konteyneri qəbul edə bilər.

Gəmi səs-küy və yırğalanmanı minimuma endirən gövdəyə və mövcud “Panstar Dream” bərəsi ilə müqayisədə yanacaq sərfiyyatını və emissiyaları azaldan, Busan ilə Osaka arasında səfər vaxtını iki saatdan çox qısaldan yüksək səmərəli, ekoloji cəhətdən təmiz hibrid mühərrikə malikdir.

Qeyd edək ki, istismara hazır olan gəmi ilk səfərini Busan limanının Beynəlxalq Sərnişin Terminalından Yaponiyanın Osaka şəhərinə edəcək.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır