Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-25,
Seanews
Heyder Eliyev

"Damen” Hindistanda yedək gəmiləri tikəcək

“Damen Technical Cooperation B.V.” Hindistanın “Square Port Shipyard” gəmiqayırma zavodu ilə anlaşma memorandumu imzalayıb.

“Seanews.ru”-nun “Damen” qrupuna istinadən verdiyi məlumata görə, tərəflər gələcəkdə “Damen” markalı gəmilər tikmək məqsədi ilə Mumbaydan 250 kilometr aralıda yerləşən “Square Port” tərsanəsini inkişaf etdirməyi planlaşdırırlar.

“Damen Technical Cooperation B.V.” üçün bu, Hindistanda üçüncü tərəfdaşlıqdır.

Bundan bir qədər əvvəl, “Damen” qrupu “Yeoman Marine Services” ilə “Ratnagiri” tərsanəsində Hindistan operatorları və limanları üçün yedək gəmilərinin tikintisini nəzərdə tutan anlaşma memorandumu imzalamışdı.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır