Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-25,
Seanews
Heyder Eliyev

Norveç freqatı Sakit okeana göyərtəsində Britaniya helikopteri ilə yollanacaq

Britaniya helikopteri Sakit okeana səfər zamanı Norveçin “Roald Amundsen” freqatına yerləşdiriləcək.

“Korabel.ru”-nun yazdığına görə, bu barədə “Krasnaya Vesna” agentliyi Norveç Silahlı Qüvvələrinin mətbuat xidmətinə istinadən xəbər verir.

Freqat Bergendəki Haakonsvern limanında dayanacaq və Sakit okeana səfərinə Britaniya avia qrupu ilə birlikdə çıxacaq.

Böyük Britaniya və Norveç Britaniyanın “Wildcat” helikopterini Norveç freqatında yerləşdirməyə iki ildən artıq vaxt sərf edib.

Avia qüvvə Böyük Britaniyanın “HMS Prince of Wales” aviadaşıyıcısının komandanlığı altında Aralıq dənizi, Hind və Sakit okeanlarında səkkiz ay öhdəliklərini yerinə yetirəcək. “KNM Maud” logistika gəmisi səfərin bəzi hissələrində iştirak edəcək.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır