Dünyada mövcud 800 qaz daşıyıcısından yalnız 3-ü ABŞ-da tikilib
ABŞ-ın Pensilvaniya ştatındakı “Philly Shipyard” tərsanəsi LNG daşıyıcılarının tikintisinə başlayacaq.
“Seanews.ru” Splash”-a istinadən xəbər verir ki, bu qaz daşıyıcıları 1970-ci illərdən bəri ABŞ-da inşa edilən ilk belə gəmilər olacaq. Düzdür, gəmiqayırma zavodunun özü Cənubi Koreyanın “Hanwha Ocean” şirkətinə məxsusdur.
Ötən həftə Çinlə əlaqəli gəmilər üçün daha yüksək liman ödənişlərinin təsdiqlənməsindən sonra “Hanwha Ocean” qaz daşıyıcılarının tikintisi layihəsinə davam edəcəyini söyləyib.
Qeyd edək ki, hazırda dünyada mövcud olan 800 qaz daşıyıcısından yalnız üçü ABŞ-da tikilib və onların üçü də yaşlı - 1970-ci illərin yadigarıdır.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır