Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-27,
Seanews
Heyder Eliyev

Sualtı qayığın sınaqları qeyri-müəyyən müddətə təxirə salınıb

Tayvanın 2025-ci ilin noyabrında donanmaya təhvil verilməsi planlaşdırıan “Hai Kunun” (“Narwhal”) sualtı qayığının dəniz sınaqlarına çıxma tarixi bəlli deyil.

TASS “Taipei Times”-a istinadla xəbər verir ki, bu barədə Tayvanın müdafiə idarəsinin rəhbəri Qu Lisyun bildirib.

O deyib ki, "Sualtı qayığın dəniz sınaqlarına bu ay çıxması planlaşdırılmışdı, lakin gəmi istehsalçısı “CSBC Corp” müəyyən edilmiş bəzi problemləri hələ də həll etməyib".

Yeddi sualtı qayığın inşası layihəsi Tayvana 8,88 milyard dollara başa gələcək. Gəmilərin təhvil verilməsi 2025-ci ildən 2038-ci ilə qədər olan dövr üçün nəzərdə tutulub.

Xatırladaq ki, Tayvan yerli istehsalı olan ilk sualtı qayığını 2024-cü ilin iyulunda suya buraxıb.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır