Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-26,
Seanews
Heyder Eliyev

Uzunluğu 339,5 metr olan nəhəng tanker 2028-ci ildə sifarişçiyə təhvil veriləcək

Yaponiyanın “NYK” gəmiçilik şirkəti metanol və ya aşağı kükürdlü mazutla işləyə bilən VLCC tankerinin tikintisinə dair müqavilə imzalayıb. Hazır olduqdan sonra gəmi uzunmüddətli razılaşma əsasında Yaponiyanın “İdemitsu Tanker” şirkətinə veriləcək.

“Seanews.az” “portnews.ru”-ya istinadən xəbər verir ki, tanker Yaponiyanın “Nippon” gəmiqayırma zavodunda tikiləcək.

Uzunluğu 339,5 metr, eni 60 metr, maksimum suya oturumu 21 metr olan gəminin layihəsini “NYK”, “Idemitsu Tanker” və “IINO Lines” gəmiçilik şirkətlərinin mütəxəssisləri birgə hazırlayıblar. Tankerin 2028-ci ildə sifarişçiyə təhvil verilməsi nəzərdə tutulub.

Qeyd edilir ki, metanoldan istifadə adi yanacaqla müqayisədə karbon qazı emissiyalarını təxminən 15% azaldacaq. “NYK” dekarbonizasiya proqramı çərçivəsində 2050-ci ilə qədər sıfır istixana qazı emissiyasına nail olmağı hədəfləyir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır