Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-28,
Seanews
Heyder Eliyev

Port Canaveral kruiz gəmiçiliyində yeni rekorda imza atıb

ABŞ-ın məşhur dəniz qovşaqlarından biri olan Port Canaveral limanı 2025-ci ilin mart ayında kruiz gəmiçiliyi sahəsində tarixi rekorda imza atıb. Bir ay ərzində altı kruiz gəmisinin eyni anda limana daxil olması ilk belə göstərici kimi qeydə alınıb.

Liman rəhbərliyi bu aktivliyin səbəbi kimi kruiz sənayesindəki post-pandemiya canlanmasını, yeni və iri tutumlu gəmilərin dövriyyəyə buraxılmasını və turizmə olan tələbatın artmasını göstərir. 2025-ci maliyyə ilində limanın illik sərnişin axını üzrə yeni rekorda imza atacağı gözlənilir.

Port Canaveral hal-hazırda Karib hövzəsində ən çox sərnişin qəbul edən limanlardan biri kimi kruiz sənayesinin əsas mərkəzlərindən biri sayılır.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır