Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-28,
Seanews
Heyder Eliyev

“Fincantieri” üçün tikiləcək iki kruiz gəmisi ekoloji tələblərə tam cavab verəcək

İtaliyanın “Fincantieri” gəmiqayırma qrupu və Almaniyanın “TUI AG” holdinqi “Marella Cruises” şirkəti üçün iki “Cruiser” gəmisinin layihəsi və tikintisini nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.

“Seanews.az” “portnews.ru”-ya istinadən xəbər verir ki, bu barədə İtaliya qrupunun mətbuat xidməti məlumat yayıb.

Müqavilənin təxmini dəyəri 2 milyon avrodan çoxdur. Kruiz gəmiləri artan ekoloji tələblərə tam cavab verəcək. Gəmilərin tikintisi işlərinin başa çatdırılması və istismara verilməsi 2030 və 2032-ci illər üçün nəzərdə tutulur.

Qeyd edək ki, “Fincantieri” gəmiqayırma qrupu “TUI Cruises” brendi (“TUI AG” və “Royal Caribbean Cruises”-in birgə müəssisəsi) ilə möhkəm əlaqələr qurub. Bu ilin fevralında “Mein Schiff Relax” iki yanacaqla (LNG və dəniz qazı) işləyən gəmini təhvil verib.

Tikintisi sürətləndirilən "Mein Schiff Flow" gəmisi isə 2026-cı ildə istismara hazır olacaq.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır